Sumqayıtın 75 illik yubileyi münasibətilə konsert proqramı təşkil olunub

Sumqayıt şəhərinin 75 illik yubileyi münasibətilə konsert proqramı təşkil olunub.
"Report"un yerli bürosu məlumat verir ki, Şəhər İcra Hakimiyyətinin qarşısındakı meydanda keçirilən konsert proqramında rəsmilərlə yanaşı, Sumqayıtla qardaşlaşmış Almaniyanın Lüdviqshafen və Polşanın Belostok şəhərlərinin nümayəndə heyətləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Tanınmış incəsənət ustaları öz ifaları ilə sumqayıtlıları təbrik ediblər.
Qeyd edək ki, 1949-cu il noyabrın 22-də Sumqayıta şəhər statusu verilib. Sumqayıt ötən dövr ərzində zəngin inkişaf yolu keçərək Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzinə çevrilib. İri müəssisələr şəbəkəsinin və müvafiq infrastrukturun formalaşması şəhərin mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə tərəqqisinə güclü təkan verib.
Şəhərin 75 illiyi ilə bağlı əsas küçə və prospektlərinə xüsusi işıqlandırma sistemi quraşdırılıb, parklar, mərkəzi meydanlar və digər ictimai məkanlar yeni dekorativ elementlərlə bəzədilib.
Oxşar xəbərlər
2025-ci ildə Azərbaycana gətirilən humanitar yardımın həcmi azalıb
2025-ci ilin ilk 9 ayında Azərbaycana idxal olunan humanitar yük, təmənnasız kömək, texniki yardım və hədiyyələrin ümumi dəyəri 28 milyon 912.95 min manat təşki...
