Sumqayıtdan Bakıya gələn marşrutun son dayanacaq məntəqəsi dəyişdirilir
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt şəhəri və Saray qəsəbəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 503 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, sərnişin axını nəzərə alınaraq noyabrın 1-dən 503 nömrəli marşrut avtobusları Sumqayıt şəhərini metronun "20 Yanvar" stansiyası ilə əlaqələndirəcək.
Başlanğıcını Sumqayıt şəhərinin Zülfü Hacıyev küçəsindən götürən marşrutun son dayanacaq məntəqəsi paytaxtın Seyid Cəfər Pişəvari küçəsidir.
Marşrut üzrə müasir və ekoloji təmiz avtobusların sayı sərnişin tələbatına uyğun olaraq artırılacaq. Beləliklə, marşrut xəttində 21 avtobus 8-9 dəqiqə intervalla sərnişinlərə xidmət göstərəcək. Marşrut üzrə sərnişindaşıma nağdsız ödəniş əsasında həyata keçirilir. Gediş haqqı isə 0.80 manat təşkil edir.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...