Sumqayıtda sakinlər aldıqları mənzillərə köçə bilmirlər - MTK-dan ŞİKAYƏT
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt şəhəri, 8-ci mikrorayonda yerləşən binadan mənzil alan bir qrup sakin, MTK sahiblərinin onları illərdir aldatdığını iddia edir.
2022-ci ildə təhvil verilməli olan yaşayış binası hələ də istismara verilməyib. Nəticədə mənzilləri olduğu halda, sakinlər kirayədə qalmağa məcbur olurlar.
Narazı sakinlərdən biri vəziyyətlə bağlı öz etirazını bildirib: "Mən buradan ev almışam ki, heç olmasa ən azı bir il, iki il keçsin, gəlim burada yaşayım. Bu dələduzları mən kimə şikayət edim? Şikayət etmədiyim yer qalmayıb. Mən evimdə yaşamaq istəyirəm. Camaat ipoteka ilə aldığı evdə yaşaya bilir, biz nağd verdiyimiz evdə gəlib yaşaya bilmirik",- deyə şikayətçi vurğulayıb.
Son zamanlar bu kimi hallarla qarşılaşan vətəndaşların sayı kifayət qədərdir. Əsas problem ondan ibarətdir ki, vətəndaş MTK ilə müqavilə imzalayır, lakin MTK müqavilədə qeyd olunan vaxtda binanı təhvil verə bilmir, bu da sakinlərin ciddi maddi və mənəvi zərərlə üzləşməsinə səbəb olur.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Bakıda bu ərazilərdə yeni parklar salınacaq - Süni göllər, tennis kortları...
"Bakının Baş Planı 2040 çərçivəsində paytaxtda yaşıllıq sahələrinin artırılması, mövcud parkların genişləndirilməsi və yeni istirahət məkanlarının yaradılması i...