Sumqayıtda bu binalar söküləcək
Sumqayıtda ötən əsrin 50-ci illərində tikilən binalar söküləcək.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətinin ötən ilin yekunlarına həsr olunmuş hesabat yığıncağında bildirilib.
Qeyd olunub ki, şəhər ərazisində ötən əsrin 40-50-ci illərində tikilmiş, istismar müddəti başa çatmış yaşayış binaları söküləcək.
Bununla yanaşı vurğulanıb ki, hər birinin 10 mindən çox əhalisi olan Corat qəsəbəsi və “St.Sumqayıt” yaşayış massivi ərazisində yeni uşaq bağçaları tikiləcək, həmçinin mövcud uşaq bağçaları, məktəblər, mədəniyyət və səhiyyə ocaqları, idman qurğuları əsaslı təmir olunacaq.
Oxşar xəbərlər
İcbari tibbi sığorta ilə bağlı əhaliyə VACİB XƏBƏR - SİYAHI AÇIQLANDI
Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdar...