Sumqayıtda 83 küçəyə şəhidlərin adı verilib

Sumqayıt şəhərində 83 küçəyə şəhidlərin adı verilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov sərəncam imzalayıb.
Onlardan 6 nəfər Birinci Qarabağ müharibəsinin şəhidləridir və "Azərbaycan bayrağı" ordeni ilə təltif olunublar.
Adı əbədiləşdirilən 76 nəfər isə İkinci Qarabağ müharibəsi zamanı Vətənin azadlığı və bütövlüyü uğrunda canlarından keçən qəhrəmanlardır.
Bundan başqa, Sumqayıtdakı küçələrdən biri Tovuz döyüşləri zamanı şəhid olan Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun adını daşıyır.
Qalereya
Oxşar xəbərlər
Polad Həşimovun şəhid olmasından üç il ötür
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandir müavini - Qər...
