Sumqayıt sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR
Sumqayıt şəhərində yol infrastrukturunun yaxşılaşdırılması məqsədilə genişmiqyaslı təmir-bərpa işlərinə başlanılır.
BAKU.WS-in məlumatına görə, bu istiqamətdə şəhər İcra Hakimiyyəti yanında "Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi" tərəfindən küçə və mikrorayon yollarında asfalt örtüyünün yenilənməsi nəzərdə tutulur.
Asfalt örtüyünün əsaslı təmiri şəhərin həm mərkəzi, həm də yaşayış massivlərinə yaxın hissələrini əhatə edəcək. Müasir texnologiyalarla icra olunacaq bu prosesin əsas məqsədi yol infrastrukturunun uzunömürlülüyünü və hərəkət təhlükəsizliyini təmin etməkdir.
Sumqayıtın yol şəbəkəsinin müasirləşdirilməsi ilə bağlı tədbirlər davamlı xarakter daşıyır və bu cür yeniləmələr həm şəhər nəqliyyatının rahatlığını, həm də əhalinin gündəlik yaşam keyfiyyətini artırmağa xidmət edir.
Oxşar xəbərlər
Azərbaycanda daha bir qida məhsulunun qiyməti kəskin bahalaşdı
Mal ətinin qiymətindəki artım bazarlarda kənd toyuğuna marağı artırıb. Tələbatın yüksəlməsi isə öz növbəsində qiymətlərə təsir göstərib. BAKU.WS "Xəzər" TV-yə i...