Sumqayıt küçələrindəki antisanitar vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO

Sumqayıt küçələrindəki antisanitar vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Video
Sosial 5

Sumqayıt şəhərində məişət tullantılarının yollara yayılması və antisanitar vəziyyətin müşahidə edilməsi ilə bağlı müvafiq tədbirlər görülüb.

Bu barədə BAKU.WS-ə Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, səhər saatlarında şəhərin 20 Yanvar küçəsində yol kənarına qoyulan məişət tullantıları havanın küləkli olması səbəbindən əraziyə yayılıb:

“Qısa müddətdə Təmizlik Departamentinin işçiləri tərəfindən ərazidə təmizlik işləri aparılıb. Hazırda ərazidə heç bir tullantı və xoşagəlməz mənzərə yoxdur”.

***11.24

Sumqayıt şəhərində məişət tullantıları antisanitar vəziyyət yaradıb.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Belə ki, gənclərin şəhərinin 20 Yanvar küçəsində zibil qalaqları həm ətrafa yayılıb, həm də sakinlərin narahatlığına səbəb olub.

Küçələrdə polietilen paketlərin yayılması zibil qutularının dolub daşmasından xəbər verir.

Görüntüləri olduğu kimi təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər