Sumqayıt-Bakı ekspres qatarı ləğv edilib? - RƏSMİ CAVAB

"Bu gün saat 08:30-da Sumqayıtdan Bakıya yola düşməli olan qatar reysi 10 dəqiqə əvvəlcədən ləğv edilib".
BAKU.WS xəbər verir ki, bununla bağlı Oxu.Az-a sərnişinlərdən biri şikayət ünvanlayıb.
Sərnişinin sözlərinə görə, bu qərar onları çətin vəziyyətə salıb.
Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, pik saatlarda Sumqayıt stansiyasında müşahidə olunan sərnişin sıxlığını nəzərə alaraq, iş günləri Sumqayıtdan Bakıya saat 08:30-da yola düşən ekspres qatar reysinin əvəzinə saat 07:30-a yeni ekspres qatar reysi təyin edilib:
"Bu qərar 08:30 reysinin doluluq göstəricisinin aşağı olması və saat 07:00-08:00 aralığında sərnişin tələbatının yüksək olması ilə əlaqədardır.
Bununla əlaqədar Bakıdan Sumqayıta saat 06:58-də və Sumqayıtdan Bakıya saat 20:30-da yola düşən ekspres qatar reysləri ləğv edilib. Bundan əlavə, Bakı-Sabunçu-Bakı qatarının marşrutu Zabrat-2 stansiyasına qədər uzadılıb (saat 08:42-də Zabrat-2-dən Bakı Dəmiryol Vağzalına və saat 08:10-da Bakı Dəmiryol Vağzalından Zabrat-2 stansiyasına).
Bu dəyişikliklər 17 sentyabr saat 18:00-dan etibarən stansiyalarda və qatarlarda elan olunub. Dünən saat 21:00-dan etibarən isə mobil tətbiq və rəsmi saytda hərəkət cədvəlində də əks olunub".
Oxşar xəbərlər
Yeni yeraltı piyada keçidinin inşası yekunlaşmaq üzrədir
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi magistral avtomobil yolunun Yevlax şəhərindən keçən hissəsində yeraltı...
