Şükürbəyliyə yeni köçürülən ailələrə açarlar təqdim edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Cəbrayıl rayonunun Şükürbəyli kəndinə qayıdan ailələrə evlərinin açarları təqdim olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, bu mərhələdə Şükürbəyli kəndinə 18 ailə (77 nəfər) köçürülüb.
*** 13:41
Cəbrayıl rayonunun Şükürbəyli kəndinə yola salınan növbəti köç karvanı məntəqəyə çatıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu mərhələdə kəndə 18 ailə (77 nəfər) köçürülüb.
***13:05
Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu mərhələdə Şükürbəyli kəndinə 18 ailə (77 nəfər) köçürülür.
Köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...