Sükan arxasında qəribə davranışlar sərgiləyən taksi sürücüsü ilə bağlı şirkətdən AÇIQLAMA
Bolt şirkəti sükan arxasında qeyri-adekvat davranışlar sərgiləyən sürücü ilə bağlı açıqlama yayıb.
Şirkətdən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, Bolt şirkəti sürücülərin qaydalara riayət etməsi və təhlükəsizliyin təmin olunması üçün mütəmadi məlumatlandırma aparır.
"Qeyd olunan mövzu ilə bağlı araşdırma aparılıb. Sürücü qaydalara uyğun xidmət göstərib və işə başlamazdan əvvəl narkoloji dispanserdən etibarlı sənəd təqdim edib.
Video yayımlandıqdan sonra, dövlət polisi tərəfindən təkrar narkoloji müayinə keçirilib və nəticədə heç bir narkotik maddə aşkar olunmayıb.
Bolt şirkəti sürücü ilə qaydalara riayət və təhlükəsizlik mövzusunda söhbət aparıb və ona xəbərdarlıq edib ki, sağlamlıq problemi sürmə qabiliyyətinə təsir etdiyi halda xidmət göstərilməsi qadağandır", - deyə məlumatda qeyd olunub.
Sözügedən görüntüləri təqdim edirik:
Banu Hüseynli
Oxşar xəbərlər
Paytaxtda bazarlar sıxışdırılır: Fermerlə alıcının arasına kim girir?
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin sonunda Bakıda 17 bazar və yarmarka fəaliyyət göstərib. Bu göstərici əvvəlki illə müqayisədə bir va...