Süd və süd məhsulları alarkən diqqətli olun
25
mar
2019
17:57
Süd və süd məhsulları insanların geniş istifadə etdiyi əvəzsiz qidalardandır.BAKU.WS-in Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırmalara istinadən verdiyi məlumata görə, süd yaxşı stimulyatordur və orqanizmə daxil olan başqa qida maddələrinin mənimsənilməsini artırmağa köməklik edir.Açıq şəraitdə satılan süd məhsulları gigiyenik baxımdan insan orqanizmində zərərli xəstəliklərə səbəb ola bilər. Ona görə də süd və süd məhsulları alarkən qablaşdırmanın üzərində aşağıdakı məlumatların olduğuna diqqət etmək lazımdır:- istehsalçı müəssisənin adı və ünvanı,- məhsulun adı;- yağın kütlə payı;- əmtəə nişanı;- məhsulun xalis çəkisi;- istifadə tarixi;- tərkibi;- istifadə edilməsi barədə məlumatlar;- saxlanılma müddəti və şəraiti;- standartın nömrəsi və s.Süd məhsullarının qablaşdırılmış paketləri zədəsiz olmalı, məhsulların yararlılıq müddəti istehsalçı tərəfindən paketin üzərində əks olunmalıdır. Süd tez xarab olan məhsullara daxil olduğu üçün istehlak ediləcək miqdarda alınmalıdır. Alındıqdan sonra isə ən qısa müddətdə soyuducuya yerləşdirilməlidir. Saxlama müddəti keçmiş süd məhsullarının istifadəsi sağlamlıq üçün təhlükəlidir.Onu da bilmək lazımdır ki, saxlanılma şəraitinin və müddətinin pozulması süd və süd məhsullarında bakteriyaların inkişafını sürətləndirir.BAKU.WS
Oxşar xəbərlər
Yeni il hədiyyələri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
"Yeni il üçün hazırlanan hədiyyə qutularının üzərində qeyd olunan istehsal tarixi qutunun içərisinə yerləşdirilən qida məhsullarına aid deyil".BAKU.WS report-a...