Stüardessalar pandemiya zamanı dəhşətli həqiqətləri söylədilər

Stüardessalar pandemiya zamanı dəhşətli həqiqətləri söylədilər
Sosial 2060

Adının açıqlanmasını istəməyən bir neçə Amerika aviaşirkətinin stüardessası koronavirus pandemiyası zamanı uçuşlar barədə həqiqətləri dilə gətiriblər.

BAKU.WS xəbər verir ki, onlar müşahidələrini "Fodors Travel" nəşri ilə bölüşüblər.

Stüardessalardan birinin dediklərinə əsasən, avia şirkətlər və əməkdaşları sadəcə infeksiyanın yayılmasını sürətləndirirlər: "Heç kimdə şübhə yaratmır ki, dünyada koronavirusun bu qədər sürətli yayılmasına səbəb olan hava nəqliyyatıdır. Bununla belə, heç kim ekipajın vəziyyətini düşünmür.

Məsələn, böyük bir daşıyıcı şirkət olan "Delta"dan pilotlarına deyilib ki, əgər COVID-19-la bağlı testlərin cavabı müsbət çıxarsa, heç kimə bu barədə məlumat verməməlidirlər".

Digər stüardessa isə bildirib ki, şirkətlər hələ də sanitariya tələblərinə cavab vermirlər: “Pandemiya! Əlavə təmizlik işləri aparılıbmı? Xeyr. Bizim vaxtımız və resursumuz yoxdur. Heç olmazsa, məsafə saxlanılırdımı? Yenə də xeyr.

Aviaşirkətin başqa bir əməkdaşı hesab edir ki, vəziyyəti düzgün qiymətləndirə bilməyən turistlər də günahkardır: "Sərnişin uçuş üçün bilet sifariş edə bilirsə, deməli uça biləcəyinə inanır. Bax bizim cəmiyyət belə qurulub”.

Onun həmkarı da bu açıqlama ilə razılaşıb və ötən gün təyyarədə ucuz bilet ala bildikləri üçün tətildə uçan bir cütlüyün olduğunu bildirib: "Mən, həqiqətən, onlardan karantini olan bir şəhərdə nə edəcəklərini soruşmaq istəyirdim. Lakin öz əsəblərimi korlamadım".

Eyni zamanda stüardessalar yekdilliklə yük reysləri, habelə həddindən artıq zəruri reyslərin (məsələn, tibb işçilərinin daşınması üçün) dayandırılmaması barədə həmfikir olublar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər