Koronavirusdan sonra dünyanı nə gözləyir? - Hamının maraqla gözlədiyi cavablar
Futuristlər dünyanı cənginə almış COVID-19 virusundan sonra nələrin baş verəcəyi və epidemiyadan sonra insanları hansı həyat tərzi gözlədiyinə dair bəzi proqnozları bölüşüblər.
BAKU.WS xəbər verir ki, bu barədə "Deutsche welle" məlumat yayıb.
Toffler Associates şirkətinin baş direktoru Maria Bothwell hesab edir ki, insanlar böhrandan sonra fikir ayrılıqlarına hazır olmalıdırlar. Dünyada bir milyon insana yoluxmuş və on minlərlə insanın ölümünə səbəb olan koronavirusun fərqli düzən yaradacağı heç kimdə şübhə yaratmır.
Dünyada mövcud olan dinamika ilə bir çox insan ayaqlaşa bilməyəcək
50 il əvvəl dünyanın aparıcı futuristlərindən olan Alvin və Heidi Toffler cütlüyü artan həyat tempinə toxunan "Future Shock" ("Gələcək Şok") adlı kitab dərc ediblər. Toffler ailəsi bu artan dinamikanın öhdəsindən bir çox insanın gələ bilməyəcəyini və buna görə də sosial və fərdi şok yaşayacaqlarını qeyd ediblər.
Yeni normalarla qarşılaşacağıq
Özünü gələcəyə yönəlmiş strateji məsləhət şirkəti kimi təqdim edən "Toffler Associates"in baş direktoru Maria Bothwell hesab edir ki, insanların şokdan çıxması adaptasiya prosesinə nə qədər hazır olmasından asılı olacaq. Baş verənləri ciddiyə almamaq buna heç də kömək etməyəcək. Bugünkü dəyişikliklərin neçə faizinin daimi olduğunu və neçəsinin keçmişə qayıdacağını bilmək demək olar ki, mümkün deyil.
O daha sonra deyib ki, cəmi üç həftə karantində olsaq da, dəyişikliklərə uyğunlaşa bilmişik: "Böhrandan sonra yeni normalarla qarşılaşacağıq. Ancaq bu, bəzilərinin proqnozlaşdırıldığı qədər nəhəng olmayacaq. İnsanlar fikir ayrılıqlarına hazır olmalıdırlar".
"Qaçmağa yer yoxdur"
İngiltərəli astronom Ser Martin Ris pandemiya ilə bağlı daha çox pessimizm üzərində dayanır: "Pessimizm bu cür hadisələrin yenidən baş verə biləcəyi, buna pis insanların səbəb olacağı, daha dəhşətli və yoluxucu hadisələrin yayılacağı fikri üzərində dayanır. Bu, qrip və ya çiçək xəstəliyi ilə baş verə bilər. Xoşbəxtlikdən, yeni virus daha mürəkkəbdir, ancaq onu sındırmaq çox güman ki, an məsələsidir.
Risin 2018-ci ildə nəşr olunan "On the Future" ("Gələcəkdə") adlı son futurist əsərində pandemiya mövzusuna toxunulub. Kitabda pandemiklərdən və bir-biri ilə əlaqəli dünyadakı sosial dağılma və iqtisadi çöküşdən xilas olmaq üçün heç bir qaçışın olmaması öz əksini tapıb.
Evdən işləmək necə təsir göstərəcək?
Koronavirus böhranında tətbiq olunan variantlardan biri də işə getməmək və evdən işləməkdir. Berlin-Brandenburg Təbiət və İnsan Elmləri Akademiyasında tədqiqatlarını davam etdirən İzabella Hermann düşünür ki, evdən işləmək faydalı iş əmsalı baxımından heç də effektiv deyil. Evdən iş hər bir şəxsin işinə olan sevgisini azaldır və gördüyü işi sadəcə etmək məcburiyyətində buraxır.
''Rəqəmsallaşma sürətlənəcək"
"Düşünürəm ki, pandemiya onlayn işləmək üçün lazım olan infrastrukturun inkişafını sürətləndirəcək". Bu fikri Konnektikut Universitetinin Süni Zəka, Ağıl və Cəmiyyət Qrupunun direktoru Susan Schneider irəli sürüb.
İnsanlar arasında kommunikasiya azalacaq
Bu gün sürətli şəbəkələr 5G texnologiyası sayəsində mümkündür. Bəs, texnologiya hər şeyin həllidir? Video konfrans texnologiyasına baxaq. İstifadəsi rahat və ünsiyyəti asanlaşdırsa da, insanlar arasındakı ünsiyyətin vacib elementi olan bədən dilini ortaya qoya bilmir. Bütün səslər normaldır, mikrofonlar açılır və söndürülür, narahat və qəzəbli əl jestləri həmkarlarınıza əks olunmur.
Susan Schneider insanın ünsiyyət bacarığını itirəcəyindən narahatdır: "Pandemiyadan sonra şirkətlərin insan əməyini az istifadə edəcəyini və işçilərini avtomatlaşdırma və süni intellektlə əvəz edəcəyi qorxusu var. Çünki kompüterlər və robotlar xəstələnmirlər".
Oxşar xəbərlər
Dünyada COVID-19-dan sağalanlar - SON RƏQƏMLƏR
Çində yaranan və dünyaya yayılan koronavirus xəstəliyinə (COVID-19) yoluxmuş 422 min 945 nəfərdən 109 min 102 nəfər sağalıb. BAKU.WS xəbər verir ki, virusdan sa...