Bakıda bloqerlərin təhlükəli yol macərası - DİN tədbir gördü
Bakıda bir qrup bloqer yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq həm özlərinin, həm də digər yol hərəkəti iştirakçılarının həyatını ciddi təhlükə altına atıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bloqerlər törətdikləri qayda pozuntusunu videoya çəkərək sosial şəbəkədəki izləyiciləri ilə paylaşıblar.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) bildirilib ki, sosial şəbəkələrdə yayılan videogörüntü ilə bağlı araşdırma aparılıb.
Araşdırmalar nəticəsində qayda pozuntusuna yol verən sürücü polis əməkdaşları tərəfindən müəyyən edilib.
Faktla bağlı sürücünün barəsində inzibati protokollar tərtib olunub və tədbir görülüb.
Oxşar xəbərlər
Kəmaləddin Heydərov Qaxda vətəndaşları qəbul edib
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 2026-cı ilin 23 oktyabrında Qax şəhərində, Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin binasında Qax, Zaqatala və...