Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının maaşları artırılıb
27
yan
2025
17:24
Prezident İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında fərman imzalayıb.
BAKU.WS xəbər verir ki, fərmana əsasən, hərbi qulluqçuların aylıq vəzifə maaşları orta hesabla 10 % artırılıb.
Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməli, Dövlət Agentliyi və Maliyyə Nazirliyi fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Oxşar xəbərlər
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi Romada fotofaktlarla nümayiş etdirilib
"Gilavar Foto Klubu" İctimai Birliyi tərəfindən Avropada həyata keçirilən "Minasız dünya" beynəlxalq kampaniyası çərçivəsində növbəti fotoekspozisiya İtaliyanın...