İstilik problemi məktəblərdə davamiyyətin aşağı düşməsinə səbəb olub - RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxt məktəblərində istilik probleminin şagirdlərin dərsə davamiyyətinə təsiri məsələsinə münasibət bildirib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, İdarə müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında istiliklə bağlı problemin məktəblərdə davamiyyətin aşağı düşməsinə nisbətən təsir etdiyini deyib.
O qeyd edib ki, məktəblərdə davamiyyətin aşağı düşməsinin səbəbləri müxtəlifdir: "İstilik yeganə səbəb deyil. Növbəti həftənin bazar ertəsindən etibarən məktəblərdə istilik təmin olunacaq. Şagirdlər də isti məktəblərdə təhsillərini davam etdirə biləcəklər".
Oxşar xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür
Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehrib...