Sərhəd müvəqqəti bağlandı - İlham Əliyev və Ərdoğan razılığa gəldi

14
mar
2020
18:32
Azərbaycan və Türkiyə Prezidentləri arasında telefon əlaqəsi olub.
"Haber Global” xəbər verir ki, Azərbaycan dövlət başçısı İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutan bugünkü telefon danışığında iki ölkə arasındakı siyasi və iqtisadi münasibətlər, regional məsələlər müzakirə olunub.
Bundan əlavə, dövlət başçıları koronavirus pandemiyasına qarşı alınan tədbirlərlə əlaqədar olaraq, iki ölkə arasında karqo daşımaları istisna olmaqla, hava və quru yolu ilə bütün səfərlərin müvəqqəti təxirə salınmasını qərara alıblar.
Oxşar xəbərlər
Prezident yerli jurnalistlərə ilin yekunları ilə əlaqədar müsahibə verib - VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. BAKU.WS müsahibəni təqdim e...