“Soyuq əllər, isti ürək” yarmarkasına hazırlıq işləri - FOTOREPORTAJ

“Soyuq əllər, isti ürək” yarmarkasına hazırlıq işləri  - FOTOREPORTAJ
Foto
Sosial 224

Bakıda baş tutacaq “Soyuq əllər, isti ürək” yarmarkasına hazırlıq işləri aparılır.

Hər il dekabrın 1-dən etibarən ənənəvi olaraq, “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası öz fəaliyyətinə başlayır.

“Nargis” Fondu tərəfindən təşkil olunan yarmarkadan toplanan vəsait körpələrin müalicəsi və əməliyyat xərclərinə yönləndirilir.

“Hər il olduğu kimi, yarmarka sponsorlarının maliyyə dəstəyi və yarmarkada qurulan evlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf ediləcək. Yarmarkanın ətraflı və sənədli hesabatı ictimaiyyətə açıqlanacaq”, - deyə Fonddan bildirilib.

Photostock.az ərazidən görüntülər lentə alıb:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər