Sosial müavinət və təqaüdlər artandan sonra qiymətlər bahalaşacaq? - VACİB AÇIQLAMA

Sosial müavinət və təqaüdlər artandan sonra qiymətlər bahalaşacaq? - VACİB AÇIQLAMA
Açıqlama
Sosial 156

"Azərbaycanda sosial müavinət və təqaüd artımlarının reallaşması üçün büdcədən 1,4 milyard manat əlavə vəsait ayrılacaq. Bu, istehlaka yönəldilən vəsaitdir. Sosial istiqamətdə 17 milyard manata yaxın vəsaitin ayrılması nəzərdə tutulur və bunlar praktiki olaraq istehlakı dəstəkləyən və təşviq edən vəsaitlərdir".

BAKU.WS-in məlumatına görə, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov bildirib. 

Onun sözlərinə görə, çox vacib məqamlardan biri budur ki, sosial müavinətlər, təqaüdlərin artırılması və bütövlükdə sosial paketin dərinləşməsi fonunda süni qiymət artımlarına qarşı mübarizə daha da aktuallaşsın:

"Çünki Azərbaycanda biz inflyasiya strukturuna diqqət yetirsək, inflyasiya daha çox idxal inflyasiyası hesabına baş verir. Amma əməkhaqqı, eləcə də sosial müavinətlər artan zaman bəzi sahibkarlar tərəfindən süni şəkildə qiymətlərin artırılması da müşahidə olunur. O baxımdan uyğun dövlət qurumu tərəfindən birmənalı şəkildə həm istehlak bazarının monitorinq edilməsi, həm də qiymət artımına qarşı mübarizənin gücləndirilməsi və xüsusən də süni şəkildə qiymət artımının qarşısının alınması olduqca vacibdir.

Artıq mövsümü aylarıdır. Əvvəlki illərdə mövsüm aylarında, xüsusən də ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətlərinin azalmasını müşahidə edirik. Ona görə çox vacibdir ki, bu mövsümdə də məhz optimal, daha aşağı qiymətlərlə məhsulların təklif edilməsi mümkün olsun. Azərbaycan qanunvericiliyi və mövcud qaydalar süni şəkildə qiymət artımının qarşısının alınmasına imkan yaradır, bununla bağlı müvafiq dövlət qurumuna xüsusi səlahiyyətlər verilib.

Əgər təqaüd və eyni zamanda sosial müavinət artırsa, amma qiymət artırsa, nəticədə ailənin xərci artır. Ona görə də qiymətlərin optimal saxlanması və süni qiymət artımına qarşı mübarizə vacibdir. Əks təqdirdə, sosial sosial müavinət və təqaüdlərdə artımı vətəndaşlar öz büdəcsində hiss etməyəcək".

Son xəbərlər