Son illərini yaşayan qədim sənət: "Əvvəllər həyətimizə 200-300 at gələrdi"

Son illərini yaşayan qədim sənət: Əvvəllər həyətimizə 200-300 at gələrdi
Video
Sosial 99

Şamaxı rayonunun Dəmirçi kəndində nalbəndlik və dəmirçilik sənətlərinə çox ehtiyac duyulsa da, günümüzdə tarixə qovuşmaq üzrədir.

Taleh usta isə bu kəndin yeganə nalbəndidir.

Onun sözlərinə görə, nalbəndlik sənəti artıq son illərini yaşayır:

"Atamın yanında şagird kimi işləmişəm, öyrənmişəm. İndi də bu sənəti davam etdirirəm. Mənə elə gəlir ki, bu sənət son illərini yaşayır. Bir səbəbi odur ki, dağ kəndlərində yaşayış getdikcə azalır, hamı köçüb şəhərə gedir. Həmçinin heyvandarlıqla məşğul olanlar azalır. Ona görə də, at saxlayan olmur. Əvvəllər bizim həyətə nal vurdurmaq üçün orta hesabla 200-300 at gələrdi, indi isə 50-100 at ya gələr, ya gəlməz".

Ətraflı Baku TV-nin süjetində:

Son xəbərlər