Son dörd ayda gecikdirilmiş 110 min manata yaxın vəsait işçilərə ödənilib
Yeniliklərdən dərhal xəbərdar olun
İşəgötürənlər tərəfindən 2025-ci ilin yanvar-aprel ayları ərzində sosial xarakterli ödənişlər olan 110 min manata yaxın vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib.
Onun 88,9 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.
Müraciətlərin araşdırılması zamanı Xidmət həmçinin 30 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.
Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunub.
Oxşar xəbərlər
Bakıda bu ərazilərdə yeni parklar salınacaq - Süni göllər, tennis kortları...
"Bakının Baş Planı 2040 çərçivəsində paytaxtda yaşıllıq sahələrinin artırılması, mövcud parkların genişləndirilməsi və yeni istirahət məkanlarının yaradılması i...