Somali diplomatı: Mənzil təminatı bütün qitələrdə getdikcə çətinləşir
Yeniliklərdən dərhal xəbərdar olun
Mənzil təminatı məsələsi bütün qitələrdə getdikcə çətinləşir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Somalinin Keniyadakı səfiri Jabril İbrahim Abdulle Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Qlobal Koalisiyaların Mərkəzində Mənzil" adlı tədbirdə deyib .
Onun sözlərinə görə, mənzil təminatı sahəsində ciddi addımlar atmağın vaxtıdır:
"Dünyada müharibələr və miqrasiya prosesi davam etdikcə, evsizlik problemi də aktual qalacaq. Əgər biz bu sahədə irəliləyişə nail olmaq istəyiriksə, iqtisadi əməkdaşlıqlara açıq olmalıyıq".
Diplomat Azərbaycanın da bu məsələlərə olduqca həssas yanaşdığını vurğulatyıb:
"Yaradılan platformada mənzil təminatı və davam edən böhranlar geniş müzakirə olunur. Ümid edirik ki, müzakirə olunan hər bir məsələ bizi optimal həllə yaxınlaşdıracaq".
Oxşar xəbərlər
Bakıda bu ərazilərdə yeni parklar salınacaq - Süni göllər, tennis kortları...
"Bakının Baş Planı 2040 çərçivəsində paytaxtda yaşıllıq sahələrinin artırılması, mövcud parkların genişləndirilməsi və yeni istirahət məkanlarının yaradılması i...