SOCAR küləklə bağlı işçiləri təxliyə edir, təhlükəsizlik gücləndirilir
Yeniliklərdən dərhal xəbərdar olun
11-13 mart tarixlərində hava şəraitinin dəyişəcəyinə, açıq dənizdə küləyin sürətinin arabir tufan həddinə çatacağına dair proqnozla əlaqədar SOCAR-ın dəniz mədənlərində yüksək dərəcəli təhlükəsizlik tədbirləri həyata keçirilib.
Şirkətdən verilən məlumata görə, son dövrdə dəniz özül və konstruksiyalarının gücləndirilməsi nəticəsində infrastrukturun sabitliyi və dalğalara qarşı davamlılığı daha da artırılıb.
Əvvəlcədən görülmüş tədbirlərlə yanaşı, işçilərin təhlükəsizliyini maksimum səviyyədə təmin etmək üçün bir sıra obyektlərdən əməkdaşların təxliyəsi həyata keçirilir.
Hava şəraitinin kəskin pisləşməsi ilə bağlı açıq hava şəraitində işlər məhdudlaşdırılıb, qurğular təhlükəsiz vəziyyətə gətirilmişdir. Mümkün fövqəladə vəziyyətin qarşısını almaq üçün digər təşkilat və qurumlarla mütəmadi əlaqələr saxlanılır, vəziyyət daimi nəzarət altındadır.
Oxşar xəbərlər
Azərbaycanda qarlı hava neçə gün davam edəcək? - AÇIQLAMA
İlkin məlumatlara əsasən, ölkə ərazisində qarlı hava şəfraitinin fevralın 19-u gündüz saatlarınadək davam edəcəyi gözlənilir. Fevralın 19-dan gündüz saatlarında...