SOCAR-ın Bakı Ali Neft Məktəbində konfrans keçirildi
Yeniliklərdən dərhal xəbərdar olun
SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) “SOCAR Downstream” və İtaliyanın ICARO şirkətinin birgə təşkilatçılığı ilə “Davamlı inkişaf və SƏTƏM mədəniyyətinin artırılması üçün proseslərin təhlükəsizliyi" mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransda SƏTƏM üzrə peşəkarlar qabaqcıl təcrübələrini bölüşüb və enerji sektorunda çağırışlara innovativ həll yollarının müzakirə ediblər.
Konfransda Fövqəladə Hallar Nazirliyinin Sənaye Təhlükəsizliyi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini İsmayıl Nəsirov da iştirak edib.
O çıxışında təmsil etdiyi dövlət qurumunun ətraf mühitin və əməyin mühafizəsi, təhlükəsizlik texnikası üzrə həyata keçirdiyi işlər, Dövlət Proqramları, prioritetlər, bu sahədə gələcək hədəflər barədə məlumat verib.
Qalereya
Oxşar xəbərlər
5 iyun Dünya Ətraf Mühitin Mühafizəsi günüdür
Bu gün Dünya Ətraf Mühitin Mühafizəsi Günüdür. BAKU.WS xəbər verir ki, 1972-ci il iyunun 5-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının İsveçin paytaxtı...