SOCAR emissiyalarının bir hissəsini dronlar və peyklər vasitəsilə ölçməyə başlayıb
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) artıq emissiyalarının bir hissəsini dronlar və peyklərin köməyi ilə ölçməyə başlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidentinin müavini Teymur Quliyev Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsində keçirilən ictimai dinləmədə bildirib.
Onun sözlərinə görə, xüsusilə dənizdəki neft-qaz platformalarında və uzunməsafəli boru kəmərlərində emissiyaların əl alətləri ilə ölçülməsi effektiv deyil və praktiki baxımdan çətinlik yaradır: "Dronlar və peyk avadanlıqlarından istifadə etməklə bu proses xeyli asanlaşdırılıb və xərclər azaldılıb".
Oxşar xəbərlər
Xırdalanda nəqliyyat xaosu: "Səhər 6-da yola çıxırlar, yenə gecikirlər"
Son dövrlərdə paytaxtda nəqliyyatın hərəkətində əhəmiyyətli dəyişikliklər edilib. Onlardan ən vacibi isə avtobus və mikromobillik zolaqlarının çəkilməsi olub....