SOCAR-dan kofe rəngli benzinlə bağlı RƏSMİ AÇIQLAMA (VİDEO)

SOCAR-dan kofe rəngli benzinlə bağlı RƏSMİ AÇIQLAMA (VİDEO)
Video
Sosial 6065

Azərbaycanda satılan benizinin keyfiyyəti sual doğrurub.

BAKU.WS xəbər verir ki, buna səbəb sosial şəbəkədə yayılan video olub. Videoda sürücü avtomobilindəki benzini şəffaf stəkana töküb. Benzinin rəngi görənləri şoka salıb belə ki, benzin kofe rəngində olub.

Məsələ ilə bağlı SOCAR mətbuat katibi Nizaməddin Quliyevlə əlaqə saxladıq. Nizaməddin Quliyev benzinlə bağlı heç bir problemin olmadığını söyləyib.

"Bu yanacaqdoldurma məntəqələrinin problemidir. Bizdə benzinlə bağlı heç bir problem yoxdur. Bizim istehsal etdiyimiz benzinlə bağlı heç bir problem yoxdur".

Aynur Ələkbərova 

BAKU.WS 

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər