Smart-kart tipli qaz sayğaclarında yaranan problem SOCAR tərəfindən həll olunur
Yeniliklərdən dərhal xəbərdar olun
Smart-kart tipli bəzi qaz sayğaclarının ödəniş sistemində yaranmış problemin qısa müddətdə aradan qaldırılması istiqamətində ciddi işlər aparılır.
Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiya şöbəsinin rəisi Eldəniz Vəliyev deyib.
Onun sözlərinə görə, bu il yanvarın 1-dən smart-kart tipli bəzi qaz sayğaclarının ödəniş sistemində yaranmış problem elə həmin gün saat 20:00-da aradan qaldırılsa da, sistem kütləvi əməliyyatlar aparılması zamanı təkrar xətalarla üzləşib: "Məlum olduğu kimi, təqvim ilinin əvvəli olması ilə qədər müraciətlərin sayı da çox olur. Müraciət sayı çox olduğundan yenidən müəyyən xətaların olduğunu aşkar etdik. Yaranmış çətinliyin qısa müddətdə aradan qaldırılması istiqamətində mütəxəssislər çox ciddi şəkildə işlər aparırlar".
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...