Şirvanın bəzi hissələrində qaz kəsiləcək
Şirvan şəhərinin bir sıra məhəllələrində təmir işləri ilə əlaqədar qaz təchizatında müvəqqəti məhdudiyyət tətbiq olunacaq.
BAKU.WS xəbər verir ki, bu barədə report-a Aran bürosuna Salyan Regional Qaz İstismarı İdarəsinin Şirvan Xidmət Sahəsindən bildirilib.
Bildirilib ki, iyulun 29-da aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan etibarən şəhərin "Bağ evləri" yaşayış sahəsində, Heydər Əliyev prospektində, Teymur Ələkbərov, Tofiq Bağırov, Hacı Zeynalabdin Tağıyev, Səməd Vurğun, Məhəmməd Aydınov, Zakir Hacıyev və Mehdi Hüseynzadə küçələrində yaşayan ümumilikdə 5144 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.
Oxşar xəbərlər
Quba-Bakı yolunun Sulutəpə istiqamətində olan hissəsi təmirə bağlanıb - DİQQƏT
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. BAKU.WS xəbər verir ki, hazırda Quba–Bakı avtomobil yolunun Ekoloji Nəzarət Stasionar Postundan Sulutəpə...