Şirkətlər maaşdan tutulacaq gəlir vergisini kompensasiya edəcəklər?

Şirkətlər maaşdan tutulacaq gəlir vergisini kompensasiya edəcəklər?
Video
Sosial 167

Gələn ildən etibarən vətəndaşlar üçün müəyyənləşdirilmiş fiziki şəxslərin gəlir vergisi ilə bağlı güzəştlərin müddəti başa çatır. Artıq 2026-cı ilin yanvarın birindən etibarən fiziki şəxslərlə bağlı əməkhaqqlarına yeni vergilərin tətbiq edilməsi həyata keçiriləcək. Belə ki, təqdim olunan layihəyə əsasən, növbəti ildən etibarən əməkhaqqıları 2500 manatadək olan vətəndaşlarda 3 faiz gəlir vergisi nəzərdə tutulub.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, əgər əməkhaqqı 2500 manatdan çoxdursa, 8000 manatdan azdırsa, o zaman bu rəqəm 10 faiz, əgər 8000 manatdan çoxdursa, o halda 14 faiz olacaq.

Millət vəkili Vüqar Bayramov bildirib ki, növbəti illərdə mərhələli şəkildə faizin miqdarı artacaq. 2027-ci ildə bu rəqəm beş faiz, 2028-ci ildə isə 7 faiz olacaq.

Deputat onu da bildirdi ki, bunu kompensasiya etmək, yəni tutulan verginin işçinin əməkhaqqına təsir edib-etməməsi şirkət rəhbərliyinin verəcəyi qərardır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Son xəbərlər