“Sinovac” peyvəndi uşaqlara da vurulacaq

“Sinovac” peyvəndi uşaqlara da vurulacaq
Sosial 1087

Çinin əczaçılıq şirkəti “Sinovac Biotech”in prezidenti Veydonq Yin “Sinovac” peyvəndinin 3-17 yaş arası uşaqlarda istifadə üçün təsdiqləndiyini açıqlayıb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə Çinin CGTN telekanalı məlumat verib.

Veydonq Yin “Sinovac”ın bu ilin əvvəlində gənclər üzərində klinik sınaqlara başladığını, birinci və ikinci mərhələlərin tamamlandığını deyib.

I və II mərhələlərdə aparılan klinik sınaqların ilkin nəticələrinə görə, peyvəndin 3-17 yaş arası uşaqlarda immunitet yaratdığı və əksər yan təsirlərinin yüngül olduğu bildirilib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 1 iyun tarixində Çin tərəfindən hazırlanan “Sinovac” peyvəndinin təcili istifadəsini təsdiqləyib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər