Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur?
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;
3. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;
4. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
5. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
6. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
7. Bülbül prospekti, "Sahil" metro stansiyasının qarşısında;
8. Səməd Vurğun küçəsi, Lev Tolstoy küçəsi ilə kəsişmədən Neftçilər prospekti istiqamətində;
9. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
10. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
11. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
12. Mirzə Qədim İrəvani küçəsi, Xətai prospekti istiqamətində;
13. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
14. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
15. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
16. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;
17. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından "Qara Qarayev" metro stansiyası istiqamətində;
18. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
19. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
20. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
21. Mətbuat prospekti, "Mikayıl Müşfiq" dairəsi istiqamətində;
22. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində sıxlıq müşahidə olunur.
Oxşar xəbərlər
Bakıda piyadaları SEVİNDİRƏCƏK YENİLİK: Paytaxt küçələrində...
Bakıda yol hərəkətinin təhlükəsizliyinin artırılması istiqamətində növbəti layihəyə start verilir. BAKU.WS-in əldə etdiyi məlumata görə, Azərbaycan Yerüstü Nəql...