Şuşaya turizm məqsədli səfərlər reallaşdırılacaq

Şuşaya turizm məqsədli səfərlər reallaşdırılacaq
Sosial 77

Dövlət Turizm Agentliyi Şuşa şəhərinə turizm məqsədli səfərlərin təşkil edilməsi üçün işləri yekunlaşdırmaq üzrədir.

BAKU.WS Report-a istinadla xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.

O bu barədə rəhbərlik etdiyi qurumun və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Bakıda keçirilən “Azərbaycan Turizm Sammiti”nda danışıb.

“Vətəndaşlarımız digər yerlərə olduğu kimi Şuşaya da turizm məqsədli səfərlər edə biləcəklər”, - deyə o qeyd edib.

“Qarabağın turizm potensialının öyrənilməsi, reallaşdırılması, tanıdılması üçün çoxistiqamətli tədbirlər icra olunur. Bu ilin mart ayında Tərtər rayonunun Suqovuşan kəndində Prezidentin iştirakı ilə turizm kompleksinin təməli qoyuldu. Eyni zamanda Ağdamda tarixi Şahbulaq qalası ətrafında turizm üzrə ilkin rekreasiya infrastrukturu qurulub. Şuşa şəhərinin və Daşaltı qəsəbəsinin, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı və Kəlbəcərin turizm imkanlarının qiymətləndirilməsi aparılıb, müvafiq inkişaf strategiyaları və fəaliyyət planlarına inteqrasiya edilib”, - deyə sədr əlavə edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN

Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN

Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...

5668 Sosial 18:28 08 fevral 2022

Son xəbərlər