Şuşa həbsxanasına dair qorxunc həqiqətlər - VİDEO

Şuşa həbsxanasına dair qorxunc həqiqətlər - VİDEO
Video
Sosial 250

Azərbaycan Televiziyası (AzTV) Birinci Qarabağ müharibəsi zamanı Şuşa həbsxanasında saxlanılan əsirlər barədə film hazırlayıb.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, “Səhər açılsın” adlanan filmin qəhrəmanları Şuşa həbsxanasında əsirlikdə olmuş Həbib Kazımov, Zahid Həsənov və Camaləddin Hüseynovdur.

Filmdə 3 əsirin timsalında Şuşa həbsxanasındakı dəhşətlər, orada saxlanılan azərbaycanlıların başlarına gələnlər barədə məlumat verilir, onların yaşadığı ağır həyat şəraitindən bəhs olunur. Bununla yanaşı, Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində qazandığı Zəfərdən sonra baş verənlər və Şuşa həbsxanasındakı azərbaycanlılara dəhşətli işgəncələr edən şəxslərin həbs olunmasına dair görüntülər də “Səhər açılsın”da öz əksini tapıb.

Filmin layihə rəhbəri Elçin Musaoğlu, prodüseri Fatimə Əzimova, ssenari müəllifi və quruluşçu rejissoru Pərviz Həsənov, rejissoru isə Elvin Mirzəyevdir.

Daha ətraflı süjetdə:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN

Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN

Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...

5668 Sosial 18:28 08 fevral 2022

Son xəbərlər