İşğaldan azad olunmuş Kəlbəcərdə Dövlət Yanğından Mühafizə Hissəsi fəaliyyətə başlayıb - VİDEO

İşğaldan azad olunmuş Kəlbəcərdə Dövlət Yanğından Mühafizə Hissəsi fəaliyyətə başlayıb - VİDEO
Video
Sosial 99

Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilmiş Azərbaycan ərazilərində yerli strukturlarının təşkilini davam etdirir.

BAKU.WS Nazirliyə istinadən xəbər verir ki, 11 dekabr 2020-ci il tarixindən etibarən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kəlbəcər rayon Dövlət Yanğından Mühafizə Hissəsi Kəlbəcər şəhərində fəaliyyətə başlayıb. Hissə xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib.

Xatırladaq ki, bundan əvvəl FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərlərində və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli strukturları fəaliyyətə başlayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər