Şəmkirdə 24 yaşlı qadın itkin düşüb - FOTO

Şəmkirdə 24 yaşlı qadın itkin düşüb - FOTO
Sosial 91

Şəmkir rayonunun Aşağı Seyfəli kənd sakini, 1998-cu il təvəllüdlü Asimə Məmmədova avqustun 7-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Xəbərə görə, A.Məmmədovanın əlamətləri belədir: boyu 168 sm, orta bədən quruluşludur. Evdən çıxarkən onun əynində sarı köynək, qəhvəyi rəngli don olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-305-28-02 şəhər və (050) 341-05-58 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Şəmkirdə 24 yaşlı qadın itkin düşüb - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər