Şəmkir Rayon İcra Hakimiyyətində kadr təyinatı olub
Yeniliklərdən dərhal xəbərdar olun
Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatının İnformasiya təminatı və təhlili sektorunun müdiri vəzifəsinə təyinat olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, Şəmkirin icra başçısı Alimpaşa Məmmədov bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə Natiq Arif oğlu Qələndərov gətirilib.
Qeyd edək ki, N.Qələndərov 20 dekabr 1989-cu ildə Şəmkir şəhərində dünyaya gəlib. Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsini bitirib. Ailəlidir, iki övladı var.
O daha öncə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.
Oxşar xəbərlər
Jurnalistlər "İlin mətbuat xidməti"ni seçdi - SORĞU
Dövlət orqanlarının mətbuat xidmətlərinin yaxşı işləməsi jurnalistlər üçün çox önəmlidir. Mətbuat xidmətlərinin fəaliyyətində operativlik olarsa, bu, təbii ki,...