Şəhidlərimizin məzarı yanındakı Azərbaycan bayrağına qarşı hörmətsizlik - FOTO

Şəhidlərimizin məzarı yanındakı Azərbaycan bayrağına qarşı hörmətsizlik - FOTO
Foto
Sosial 343

2016-cı ildə baş tutan Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalmış və Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilmiş Əbdülməcid Axundovun və Rəşid Baxşəliyevin məzarı yanındakı Azərbaycan bayrağı naməlum şəraitdə asıldığı dirəkdən çıxarılaraq, kənara atılıb.

BAKU.WS xəbər verir ki, bununla bağlı “oxu.az”a Ə.Axundovun anası Ceyran Həsənova məlumat verib.

Onun sözlərinə görə, bu, ilk hal deyil:

“Dəfələrlə bu kimi hallarla qarşılaşmışıq. Bu gün səhər də oxşar mənzərənin şahidi olduq. Dirəklər yerindən çıxarılıb, bu zaman şəhidlərimizin qəbirləri də zədələnib, bayraqlar isə yerə atılıb. Polisə müraciət etmişik”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər