Şəhidin övladı dünyaya gəldi, vəsiyyəti yerinə yetirildi

28
dek
2020
23:44
Vətən müharibəsində şəhid olan baş gizir Şahin Allahyarovun oğul övladı dünyaya gəlib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, şəhid atanın əvvəlcədən vəsiyyət etdiyi körpəyə Şahin adı verilib.
Qeyd edək ki, Şahin Allahyarov şəhidlik zirvəsinə yüksəlməzdən az öncə çəkdiyi videosu ilə diqqət mərkəzinə düşmüşdü. O, həmin videoda şəhid olacağı halda yeni doğulacaq övladına öz adının verilməsini vəsiyyət etmişdi.
Xatırladaq ki, Şahin Allahyarov Quba rayonunun Zizik kəndində anadan olub. Ona ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.
Oxşar xəbərlər
Polad Həşimovun xanımı: "Bəlkə də telefonu yanında olsaydı..." - MÜSAHİBƏ - FOTO
Bu günlərdə dilimizə daha bir doğma kəlmə hopdu. Atamız kimi, anamız kimi, Vətənimiz, balamız kimi artıq Generalımız deyirik... bir dildən, bir qəlbdən. General...
