Şəhidimizin əşyaları Tarix Muzeyinə verildi
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Azərbaycan Tarixi Muzeyinə şəhid Vəli Quliyevə məxsus əşyalar təhvil verilib.
BAKU.WS xəbər verir ki, bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Bildirilib ki, V.Quliyev 1997-ci ildə Culfa rayonunun Qazançı kəndində anadan olub. Heydər Əliyev adına Hərbi Liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.
Leytenant Vəli Quliyev 2020-ci il sentyabrın 27-də başlayan II Qarabağ müharibəsi zamanı Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, oktyabrın 22-də Qubadlı döyüşləri zamanı şəhid olub, Naxçıvan şəhərində dəfn edilib.
Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Oxşar xəbərlər
Sinəsini güllə qabağına verən şəhid xanımlarımız
Bu gün Beynəlxalq Qadınlar Günüdür. Azərbaycan qadınları müxtəlif sahələrdə özlərini sübut ediblər, o cümlədən hərb meydanında da. BAKU.WS oxu.az-a istinadən Bi...