Şəhid və qazi ailələrinə qazın verilişi zamanı güzəşt ediləcək? - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
“Şəhid və qazi ailələrinə qazın verilişi ilə bağlı güzəştlərin edilməsi “Azəriqaz”ın səlahiyyətində deyil”.
Bunu “Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev deyib.
O bildirib ki, “Azeriqaz” öz səlahiyyətləri çərçivəsində şəhid və qazi ailələrinin problemlərini müsbət yöndə həll etməyə çalışır.
R.Əliyev əlavə edib ki, yaxın zamanda İstehsalat Birliyinin abonentlərinin sayı 2 milyon 400 minə çatacaq. 2009-2010-cu illərdə qurumun abonentlərinin sayı 760 min olub, hazırda isə onların sayı üç dəfədən çox artıb.
Qurumun direktoru qaz problemlərinin həll edilməsi ilə bağlı abonentlər tərəfindən quruma müsbət rəylərin daxil olduğu da qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...