Şəhid Sənan Kərimov və Rövşən Əliyev yad edildi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Neapol küçəsi 1 ünvanda Vətən müharibəsi şəhidi baş leytenant Sənan Kərimov və Birinci Qarabağ Müharibəsi şəhidi Rövşən Əliyevin xatirə lövhələrinin açılış mərasimi olub.
Anım mərasimində çıxış edənlər şəhidin döyüş yolunun gələcək nəsillər üçün nümunə olacağını, Vətən uğrunda canını fəda edən qəhrəmanların əbədiyyətədək xalqımızın yaddaşında yaşayacağını, onların xatirəsinin dövlətimiz tərəfindən daim uca tutulacağını bildiriblər.
Daha sonra Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində iştirak edən hər bir əsgər və zabitinin böyük Zəfərimizin əldə olunmasında misilsiz xidmətlər göstərdikləri, onların qəhrəmanlıqlarının heç zaman unudulmayacağı vurğulanıb. Sonra məktəblilərin ifasında şeirlər səsləndirilib.
Şəhidlərin ailə üzvləiri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qalereya
Oxşar xəbərlər
Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edildi - FOTO
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidləri polkovnik-leytenant Həmdəm Mail oğlu Ağayev və baş leytenant Adil Asəm oğlu İbrahimlinin doğu...