Şəhid Pərviz Nağıyev Tovuzda dəfn edilib - FOTO
22
may
2021
12:14
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Vətən müharibəsində itkin düşən və təxminən 8 ay sonra nəşi tapılan şəhid Nağıyev Pərviz Güloğlan oğlu ilə vida mərasimi keçirilib.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, şəhidimiz doğulduğu Tovuz rayonundakı qəbristanlıqda torpağa tapşırılıb.
Şəhidimizi son mənzilə yola salmaq üçün vida mərasiminə yaxınları, döyüş yoldaşları, rayon rəsmiləri qatılıb.
Ailəli və iki övladı olan Pərviz Nağıyev Vətən müharibəsinə könüllü qatılanlardan olub.
Şəhidimiz Murov istiqamətində itkin düşmüşdü.
Allah rəhmət eləsin.
Qalereya
Oxşar xəbərlər
Ölümündən 118 gün sonra nəşi tapılan şəhidimizin tək arzusu Qarabağa bayraq sancmaq idi - FOTO
44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan öz doğma torpaqlarına qovuşdu. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Azərbaycanın vətənpərvər...