Şəhid olmuş iki hərbçinin mənzilləri ailəsinə təqdim edilib
Yeniliklərdən dərhal xəbərdar olun
401 ailə Hövsan Yaşayış Kompleksində güzəştli mənzilə sahib olub.
Mənzil İnşaatı Dövlət Agentliyindən BAKU.WS-ə verilən məlumata əsasən, Hövsan Yaşayış Kompleksində 10-14 sentyabr 2020-ci il tarixlərində “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş ümumilikdə 501 mənzildən 399-nun alqı-satqısı başa çatdırılıb.
Mənzilə sahib olmuş vətəndaşlardan 36-sı mənzili öz vəsaiti hesabına, 363-ü isə güzəştli ipoteka krediti hesabına əldə edib.
2 mənzil isə 10 sentyabr 2020-ci il tarixində Hövsan Yaşayış Kompleksində mənzil seçmiş, lakin Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış 2 hərbçinin ailə üzvlərinə təqdim edilib.
Bildirilib ki, “Güzəştli mənzil” sistemində qeydiyyatdan keçən Hüseynov Orxan Bəhmən oğlu və Hüseynov Fərid Fətəli oğlu Hövsan Yaşayış Kompleksində mənzillərin satışında uğurla iştirak edərək 2 otaqlı mənzil seçib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən mübarizəyə qoşulan hər iki hərbçi şəhidlik zirvəzinə ucaldığından mənzillərin rəsmiləşdirilməsi mümkün olmayıb.
Oxşar xəbərlər
Aylıq 138 manat ödənişlə ev almaq istəyənlərin nəzərinə - VİDEO
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsindəki Hövsan Yaşayış Kompleksinin 1 saylı binası üzrə 27, 4 saylı binası üzrə 1...