Şəhid Natiq Mirzəliyevin şəhadətə ucaldığı gündən 31 il ötür - FOTO

Şəhid Natiq Mirzəliyevin şəhadətə ucaldığı gündən 31 il ötür - FOTO
Foto
Sosial 97

Bu gün Birinci Qarabağ müharibəsi şəhidi Natiq Mirzəliyevin anım günüdür.

BAKU.WS xəbər verir ki, qısa, lakin mənalı və şərəfli həyat tarixçəsi olan şəhidimiz Natiq Mirzəliyev 1971-ci il yanvarın 3-də Ağsu rayonunun Bozavand kəndində doğulub.

1978-ci ildə Ağarx kənd tam orta məktəbinin birinci sinfinə gedib, 1988-ci ildə həmin orta məktəbi bitirib. Bir il sonra keçmiş Sovet ordusu sıralarında hərbi xidmətə çağırılıb və 1991-ci ildə Ukraynada xidməti başa vuraraq vətənə qayıdıb.

1990-cı illərdə ermənilərin hərbi təcavüzü nəticəsində Azərbaycanda gərgin vəziyyət yaranmışdı. Bu səbəbdən də 1992-ci ildə Natiq könüllü olaraq cəbhəyə yollanır, Ağdərə batalyonunun tərkibində döyüşə qatılır.

Canyataq, Çıldıran və digər kəndlər uğrunda gedən döyüşlərdə özünü igid bir döyüşçü kimi tanıdır. 1992-ci ilin oktyabrın 27-də Natiq Mirzəliyev Ağdamın Quzanlı kəndi uğurunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalır.

Allah rəhmət etsin!

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI

Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Yasamal rayonunda yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə qida qəbulundan sonra...

3929 Sosial 18:30 12 aprel 2023

Son xəbərlər