Şəhid anası: "Formula 1" nəvələrim üçün çox maraqlıdır"
Yeniliklərdən dərhal xəbərdar olun
"Bu yarış nəvələrimiz, uşaqlar üçün çox maraqlıdır. Təşkilatçılara bizi dəvət etdikləri üçün təşəkkürümüzü bildiririk".
BAKU.WS xəbər verir ki, bunu Report-a açıqlamasında Vətən müharibəsi şəhidi Orxan Qəhrəmanovun anası Arzu Qəhrəmanova "Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə bağlı danışarkən deyib.
O bildirib ki, hər kəs belə yarışları bilet qiymətlərinə görə tribunadan izləyə bilmir: "Amma sağ olsunlar, bizi yada salıblar. Nəvələrimin "Formula 1"i tribunadan izləməsi mənim üçün xoş oldu".
Qəhrəmanova övladının könüllü olaraq Orduya yazıldığını xatırladıb: "Mən oğlumla fəxr edirəm. O, Füzuli, Cəbrayıl və Xocavənd rayonları uğrunda gedən döyüşlərdə iştirak edib. Prezidentimiz İlham Əliyev onu üç medalla təltif edib. Mən övladımla fəxr edirəm, qürur duyuram. O, Vətən uğrunda canını fəda edib".
Oxşar xəbərlər
Formula 1 Azərbaycan Qran Prisi üçün ən bahalı biletin qiyməti açıqlanıb
Formula 1 Azərbaycan Qran Prisi üçün ən bahalı biletin qiyməti 9130 manat təşkil edir. BAKU.WS Trend-iə istinadən xəbər verir ki, ən bahalı biletlər VİP xidmətl...