Şəhid ailələrindən kim rüşvət alır? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Vətənin azadlığı, ərazi bütövlüyümüzün bərpası üçün əziz canından keçən şəhidlərimiz hər bir vətəndaşın qürur yeridir.
O şəhidlərin geridə qalan körpələri, gözüyaşlı valideynləri də bizim baş tacımız olmalıdır. Şəhidlərimizin xatirəsini yaşatmaqda o ailələrə dəstək olmalı şəxslərin başında media nümayəndələri durur. Amma təəssüf ki, bu addan istifadə edən, özünü jurnalist kimi qələmə verib, əslində isə bu ada tamamilə yad fəaliyyətlə məşğul olan "peşəkarlar" da var.
Bu günlərdə Lent.az saytı belə "jurnalistlər"dən ikisini ifşa edib. Söhbət şəhidlər haqqında material hazırladığı üçün onların ailəsindən pul alan, özünü internet televiziyasının əməkdaşı kimi qələmə verən şəxslərdən gedir. Bu məsələdə konkret olaraq "İnform Xəbər TV" adlı media qurumunun rəhbəri Azər Kərimovla həmin redaksiyanın işçisi Rübabə Kərimovanın adları hallanır.
Həmin şəxslərin əməllərini ifşa edən şəhid anaları qarşılaşdıqları vəziyyəti nəql ediblər.
BAKU.WS APA TV-yə istinadən həmin süjeti təqdim edir:
Oxşar xəbərlər
Tovuzda “ASAN Həyat” kompleksi istifadəyə verildi - FOTO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında iştirak edib. BAKU.WS xəbər verir ki, dövlətimizin b...