Şəhid adı verilən küçə bərbad vəziyyətdədir - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Şamaxıda şəhid Mehman Əliquliyevin adı verilən küçə bərbad vəziyyətdədir.
BAKU.WS BAKU TV-yə istinadən xəbər verir ki, sakinlər payız-qış aylarında bu küçədən istifadə edərkən böyük problemlərlə üzləşirlər. Sakinlər yolun yararsız olmasından, zibil qablarının olmamasından, küçədən axan çirkab suları və həyətyanı sahələrdən keçən kanalizasiya xətlərindən şikayətlənirlər.
Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Rəşad Əliyev açıqlamasında küçələrin asfaltlaşdırılmasının növbəti ildən mərhələli şəkildə davamlı olaraq həyata keçəcəyini bildirib.
R.Əliyev onu da qeyd edir ki, küçələrdə olan suötürücü qovşaqların yenidən qurulması asfaltlaşma mərhələsində nəzərə alınacaq və hər biri yenidən müasir standartlara cavab verən normativlər əsasında qurulacaq.
Oxşar xəbərlər
Bu küçənin sakinləri zibil qutularının bolluğundan şikayətlənir - VİDEO
Adətən insanları yaşadıqları ərazidə zibil qutularının olmaması narahat edir. BAKU.TV xəbər verir ki, nə qədər qəribə səslənsə də, Xətai rayon Araz Novruzov kü...