İşə qəbul müsabiqəsinin müsahibə mərhələsinin vaxtı bəlli olub
Yeniliklərdən dərhal xəbərdar olun
Ümumi təhsil müəssisələrinə təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin III (şifahi müsahibə) mərhələsinin vaxtı açıqlanıb.
BAKU.WS “report”a istinadən xəbər verir ki, şifahi müsahibələrin 16-25 avqustda keçirilməsi nəzərdə tutulur.
Şifahi müsahibənin keçirilmə vaxtı və yeri, həmçinin müsahibədə iştirak etmək üçün tələb olunan sənədlərin siyahısı barədə məlumatlar namizədlərin “Şəxsi kabinet”inə göndərilib.
Qeyd edək ki, ümumi təhsil müəssisələrinə təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 192 namizəd müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.
Oxşar xəbərlər
Bakı məktəblərində işə qəbul üzrə müsabiqənin nəticələri bəlli olub
Ümumi təhsil müəssisələrinə təlim-tərbiyə işləri üzrə direktor müavini və uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə...