“İşçilər xlor qoxusundan az qala boğulacaq” – Universitetdən şikayət

“İşçilər xlor qoxusundan az qala boğulacaq” – Universitetdən şikayət
Sosial 541

“İşçilər xlor qoxusundan az qala boğulacaqlar”.

BAKU.WS xəbər verir ki, bunu Lənkəran Dövlət Universitetinin əməkdaşları “Qafqazinfo”ya müraciətində bildiriblər. Onların sözlərinə görə, koronavirusla bağlı universitetdə dezinfeksiya işləri görülən zaman köməkçi və texniki heyət universitetdə saxlanılıb.

Belə olan halda laborantlar, kargüzarlıq şöbəsinin əməkdaşları universitetdə nəfəs almaqda çətinlik çəkdiklərini qeyd ediblər.

“Qafqazinfo” məsələ ilə bağlı universitetlə əlaqə saxlayıb. Təhsil müəssisəsinin mətbuat katibi Esmira İsmayılova bildirib ki, tapşırığa əsasən, universitetin bütün tədris korpuslarında dezinfeksiya işləri əsasən şənbə və bazar günləri aparılır.

Həftəiçi günlərdə isə tibbi-profilaktik tədbirlər həyata keçirilir:

“Qərara əsasən, müəssisədə təlim-tərbiyə prosesi müvəqqəti dayandırılıb. Ancaq bu gün qeyri-iş günü olmadığından bəzi işçilər, məsələn, mühasibatlıq, hansısa kafedranın laborantı, elə özüm də müəyyən müddətlik iş başındayıq. Bu, o demək deyil ki, həmin şəxslər axşama kimi universitetdə olacaqlar. İşini bitirən hər kəs çıxa bilər”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər