Shaurma №1 koronavirusla mübarizəyə 10 000 manat ayırdı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsaitlərin köçürülməsi davam edir.
BAKU.WS xəbər verir ki, Shaurma №1 Azərbaycanda qlobal pandemiyaya qarşı aparılan tədbirlərə dəstək olaraq koronavirusla mübarizə məqsədilə fondun hesabına 10 000 manat məbləğində vəsait köçürüb.
Shaurma №1 vətəndaşları koronavirusla mübarizədə aktiv olmağa, özlərini və ətrafdakı insanları qorumağa çağırır və hər kəsə can sağlığı arzulayır.
Oxşar xəbərlər
"Koronavirusla mübarizə büdcə”si 1,1 milyard manatı ötür
“Azərbaycanın koronavirus pandemiyası ilə mübarizə üçün mobilizasiya etdiyi məbləğ 1,1 milyard manatdan çoxdur”. BAKU.WS xəbər verir ki, bunu İqtisadi İslahatla...